Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI

Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbəsi üzrə icra nümayəndəsi işdən çıxarılıb.
Türkan qəsəbəsi üzrə icra nümayəndəsi Rahil Babayev tutduğu vəzifəsindən azad olunub.
Xəbəri Türkan qəsəbəsi üzrə icra nümayəndəliyindən təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün öncə sabiq icra nümayəndəsinin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.
