Oğluna görə ictimai asayişi pozan şəxs həbs olunub

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov polise.az-a bildirib ki, Salyan rayon sakini 21 yaşlı Oktay Salayev bu il fevralın 8-də idarə etdiyi “Vaz 2107” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə yol polisi əməkdaşı tərəfindən barəsində inzibati protokol tərtib olunmuş, inzibati xətaya görə təyin edilmiş 150 manat cəriməni uzun müddət ödəmədiyindən həmin məbləğ dəbbə ilə birlikdə 240 manat təşkil etmişdir. İyunun 29-da O.Salayev idarə etdiyi avtomobilin arxa dövlət qeydiyyat nişanı olmadığına və təhlükəli konstruksiya dəyişikliyi etdiyinə görə yol polisi tərəfindən saxlanılmışdır. Bu xətaya görə onun barəsində növbəti inzibati protokol tərtib edilmiş, hal şahidlərinin iştirakı ilə onun avtomobilinə baxış keçirildikdən sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir.

Bu gün O.Salayevin atası Əlizamin Salayev oğlunu məsusliyyətdən yayındırmaq, eləcə də cərimələri ödəməmək məqsədilə sərxoş vəziyyətdə Salyan şəhərindəki Mərkəzi parka gələrək ictimai asayişin pozaraq əsassız səs-küy qaldırmışdır.
Polis əməkdaşları onu intizama dəvət etdikdə isə Ə.Salayev qəsdən polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərmişdir. O, saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmiş, barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə, o 30 sutka inzibati qaydada həbs olunmuşdur.

Hamısını Göstər

Related Articles

Back to top button