Oğurluq və quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanıldılar

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda daha 4 evdən ümumilikdə 23.000 ABŞ dolları, 700 manat, 81.000 manat dəyərində qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən olunub. Araşdırma aparılır.

***

Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə iyulun 15-də Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Firudin oğlunun döyülüb bıçaqla hədələnərək pulunun, qızıl boyunbağısının, bank kartlarının və idarə etdiyi “KİA” markalı avtomobilin quldurluq yolu ilə talanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Məmmədov, S.Abbasov, Ə.Abbasov və E.Kərimov həmin avtomobildə Hövsan qəsəbəsi ərazisində saxlanılıblar. Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button