“Onu aradan götürəcəkdim, hər şey hazır idi…” – ABŞ prezidenti Bəşər Əsədi niyə öldürə bilməyib?

Tramp Bəşər Əsədi yox etmək istəyini etiraf edib.

ABŞ prezidenti Donald Tramp Suriyanın prezidenti Bəşər Əsədin aradan götürülməsi ilə bağlı müzakirələrdə iştirakını etiraf edib.

Bu haqdda dövlət başçısının FOX kanalına verdiyi müsahibəyə istinadla “The Washington Post” qəzeti məlumat yayıb.

ABŞ lideri son aylar fəal surətdə Tarmpın ikinci müddətə prezident seçilməsinə qarşı çıxan keçmiş Pentaqon rəhbəri CeymsMettisi tənqid edib.Bu məsələ ilə bağlı mövqeyini isə belə əsaslandırıb: Guya Mettis onun Əsədin aradan götürülməsi ilə bağlı planların realizə edilməsi ilə bağlı səylərinə maneə törədirmiş.

“Mən onu (red. Əsədi) aradan götürməyi üstün tutardım. Artıq hər şey hazır idi. Amma Mettis bunu etmək istəmədi ”,- deyəTramp bildirib.

O, həmçinin ABŞ-ın keçmiş Müdafiə Nazirini”xidmətləri çox şişirdilən general” adlandırıb.

“Əsədi məhv edə bilmədiyiniz üçün təəssüflənirsinizmi?” sualına: “Xeyr, təəssüflənmirəm. Onu öldürmək imkanım vardı. İstəsəm, bunu edərdim. Mettis bunu istəmirdi”.

Xatırladaq ki, 2018-ci ildə Tramp ABŞ-ın Suriya prezidentinə qarşı sui-qəsd planı hazırladığı barədə şayiələri qətiyyətlə rədd etmişdi. ABŞ prezidenti o zaman bildirmişdi ki, “bu heç vaxt müzakirə belə olunmayıb”. Əlavə olaraq onu da vurğulamışdı ki, belə bir ehtimal yoxdur və heç vaxt da olmayacaq.

Mənbə
sfera.az
Hamısını Göstər

Related Articles

Back to top button