Ordumuz hədəfə yaxınlaşır

Ali Baş Komandanın əmriylə Azərbaycan əsgəri düşmənin 30 il müddətində işğal edilmiş ərazilərdə tikdiyi istehkam manelərini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır.

Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

“Əks-hücum əməliyyatında Ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləməkdir. Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistanın silahlı qüvvələrinin bölmələri deyil, eyni zamanda xaricdən cəlb edilmiş muzdlu və xarici terrorçu döyüşçülər var”, – MN sözçüsü qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button