Ostin:”Müttəfiqlərin Ukraynaya dəstəyi döyüş meydanında həqiqi fərq yaradır”
Müttəfiqlərin koordinasiyalı şəkildə Ukraynaya dəstək verməsi döyüş meydanında həqiqi fərq yaradır.
Polise.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında çıxışı zamanı deyib.
“Bizim koordinasiyamız həqiqi fərq yaradır. ABŞ, Almaniya və Niderland Ukraynanı “Patriot” havadan müdafiə sistemləri ilə təmin etmək üçün birlikdə işləyir. Fransa və İtaliya Ukraynanı “SAMPT” havadan müdafiə sistemləri ilə təmin etmək üçün birgə işləyir. Almaniya, Polşa, Portuqaliya, İspaniya, Norveç, Kanada Danimarka və Niderlandın daxil olduğu konsorsium Ukraynaya “Leopard” döyüş tanklarının göndərmək üzərində işləyir. Daha çox zirehli qüvvələrin Ukraynaya çatdırılması üçün ABŞ, Çex Respublikası və Niderland birgə işləyir. Polşa ayrıca olaraq Ukraynaya T-72-lər ianə edir”, – ABŞ müdafiə naziri diqqətə çatdırıb.
Ukrayna müdafiə naziri Reznikovun və müdafiə nazirinin müavininin da iclasda qatıldığını vurğulayan Lloyd Ostin: “Onlar bizə son ehtiyaclar, döyüş meydanındakı vəziyyət barədə məlumat verəcək”, – deyə bildirib.