Özbəkistan Azərbaycan şirkətlərinə Mərkəzi Asiyada biznes qurmağa dəstək olacaq

Azərbaycan və Özbəkistan məişət texnikasının birgə istehsalı sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda deyib.

“Birgə istehsal baxımından digər əməkdaşlıq sahəsi Ələt Azad İqtisadi Zonasıdır. Bu, yeni sənaye sahələri yaratmaqda maraqlı olan özbəkistanlı sahibkarlar üçün doğru yerdir. Biz artıq Ələt Azad İqtisadi Zonası ərazisində məişət texnikası və alüminium radiatorların istehsalı üzrə layihələrin hazırlanması və həyata keçirilməsinin aktiv mərhələsinə keçirik”, – nazir qeyd edib.

L. Kudratov, həmçinin Azərbaycan şirkətlərini Özbəkistanda analoji istehsal müəssisələrinin yaradılması imkanlarını nəzərdən keçirməyə çağırıb:

“Biz Mərkəzi Asiyada obyektlərin yaradılmasına hazır olan və bununla bağlı imkanları nəzərdən keçirən Azərbaycan şirkətləri üçün ən əlverişli şəraiti yaratmağa hazırıq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button