Özbəkistan Müdafiə Nazirliyinin anbarında partlayış baş verib.
Bu barədə nazirliyin “Telegram” kanalında məlumat verilib.
“Oktyabrın 22-də saat 04:55-də (Bakı vaxtı ilə 3:55) Sırdərya rayonunun Malik kəndində Müdafiə Nazirliyinin anbarında partlayış baş verib”, – deyəməlumatda deyilir.
Müdafiə Nazirliyi ölən və xəsarət alan olmadığını vurğulayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.