Özbəkistanda etiraz aksiyası: fövqəladə vəziyyət elan edildi

Özbəkistan Prezidenti Şövkət Mirziyayev nümayişlərin keçirildiyi Nukus şəhərinə gəlib.

Prezidentin təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa eniş edib.

Qeyd edək ki, ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində baş verdiyi qeyd olunur.

***

Prezident Şövkət Mirziyayev konstitusiyanın Qaraqalpaq Muxtar Respublikası ilə bağlı maddələrinə dəyişiklik etməmək barədə qərar verib.

***

Prezident Şövkət Mirziyayev Qaraqalpaq Respublikasında iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Hamısını Göstər

Related Articles

Back to top button