Özünü dənizə atan şizofreniya xəstəsi polisin çevikliyi sayəsində boğulmaqdan xilas oldu
İyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda bir nəfər özünü dənizə atmışdır.
Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılmışdır. Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilmişdir.
Araşdırma aparılır.