Pandemiya- görünməz düşmənə qarşı döyüşən generallar seriyasından Sədaqət Andı… – 1-ci yazı

…Təyyarə havaya qalxanda mənimlə yanaşı əyləşən Akademik Pavel İvanoviç Retuş əl boyda çantasından rus dilində “Quran” kitabını çıxatdı. -Bu müqəddəs kitabı, -dedi, mənə Qəbələdə bağışladılar. Mənim qədim dostum, deputat Fəttah Heydərov bağışladı. Şəxsən öz kitabxanasından. O, çox qiyamət kişidir, – əlavə elədi.
Biz Moskvaya uçurduq. Akademik Petuş sonra əlini kitabın üstündə gəzdirib, dedi: – Əslində, siz müsəlmanlar bu kitabın bütün surələrini son ayələrinədək yaşadınız. Sizin gözəl peyğımbəriniz var, -əlavə elədi. -Və Sizə buyurur, xəbərdarlıq edir: – İndi bütün bunlardan sonra, bilin və deyin: – Pənah aparıram insanların Rəbbinə. İnsanların ixtiyar sahibinə. İnsanların Tanrısına. Vəsvəsə verən, qaçıb gizlənən Şeytanın şərindən. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O Şeytan ki, cinlərdən də olur, insanlardan da!

– Bilirsən, dostum, – Akademik Petruş əlavə elədi: – Ağıl ən böyük sığıncaqdır… Sizin nə qədər gözəl, məğlubedilməz qəhrəmanlarınız var.
Mənim səmimi, mehriban, fikir və düşüncələrində yüksək məntiqə söykənən müdrik bir yol-yoldaşım var idi. O, mənə sanki dərs deyirdi. –Mənim, – əlavə elədi, -Fəttah dostumun bir oğlu var: Kəmaləddin Heydərov. General-polkovnikdir. Amma Fəttah kişi bir dəfə də olsun demədi ki, onun oğlu yüksək rütbə və mənsəb sahibidir… İnsan nə qədər saf olarmış… Mən onunla 1995-ci ildən dostam. O vaxt Kamal Gömrük Komitəsinin sədri idi… Rəhmətlik Heydər Əliyev Heydərovlar ailəsinə çox inanırdı. Elə indinin özündə də Əliyevlər ailəsilə Fəttahovlar ailəsi arasında çox bağlılıq, yaxınlıq əlaqəsi var. Bütün bunların təməlində dörd şey var; saflıq, ləyaqət, mərdlik, ədalət… Moskvada olanda Heydər Əliyev deyirdi ki, Fəttah Heydərov mənim əqidə dostumdur. Ailələrimizin, nəsillərimizin arasından su da keçməz.
***
Mən Akademik, yol-yoldaşım Petruşun sözlərini kəsə bilmirdim. Çünki o, həqiqəti deyirdi. Amma Akademik nəzərlərini təyyarənin qanadı üstünə açılan pəncərədən yığıb, köksünü ötürdü: – Sizin, – əlavə elədi, – aranızda elə adamlar var ki, həmişə çalışırlar ki, Azərbaycanın bu iki nəhəng adamlarının arasına bir nifaqçılıq toxumu səpilsin, əqidə dostlarını parçalasınlar. Bilin, Siz parçalansanız, bir də dirilməyə ümid yoxdur. İnanın ki, Sizi bir millət kimi tarixdən, onun səhifələrindən silib atmaq istəyən dəstələr, ölkələr var. Sizin Peyğəmbər necə də uzaqgörən olub. Həmişə deyirdir ki, şeytana bənzər insanlardan və cinlərdən uzaq olun… Parçalanmalar Azərabycana onun nəsl və tayfalarına həmişə mənəvi, psixoloji, fiziki ziyan, yaralar vurub, onun iradəsinə, “həyat eşqinə” (Akademikin çox işlətdiyi söz idi) zərbələr vurub…
«…1994-cü ildə Bakı-Tbilisi-Ceyhan Beynəlxalq Neft Kontraktları imzalananda Heydər Əliyev məni də dəvət etmişdi, o vaxt mən general idim, rütbə vermişdilər. Kəşfiyyat generalı idim. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Leninqraddakı Elmi-Tədqiqat İnstitutuna başçılıq edirdim. İxtisasca mikro-bioloqam. Bakıda konfransdan qabaq Heydər Əliyev mənə çox ciddi və deyərdim ki, Azərbaycanın taleyində mühüm keçidlərdən birini təşkil edən bir məsələdən xəbər verirdi. Elə kontraktlardan qabaq Kəmaləddin Heydərov sərhədlərinizdən oğurluq yolla keçirilməsinə cəhd edilən neft və qızıl yataqları ilə bağlı 36 layihəni xarici ölkələrə satan quldurların qabağını aldı. Gömrük keçid məntəqələrinə üçqat nəzarət artırıldı. Həmin layihələr ölkənin ayrı-ayrı Elmi Tədqiqat İnstitutlarında hazırlanmışdı və layihələrin ümumi dəyəri 4,8 milyard dollar edirdi. Bilirsiz, bu nə qədər böyük səs-küyə səbəb olacaqdı. Onsuz da bu məxfi layihələrin böyük bir qismini 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyəti dövründə ingilislərin Mİ-6 kəşfiyyat idarəsi, ABŞ-ın MKİ-si, Fransanın Xarici Kəşfiyyat Xidməti viran qoyub, satmışdılar. Moskvada Kəmaləddin Heydərovun başçılıq etdiyi Gömrük Komitəsinə Heydər Əliyevin “Kəşfiyyat Komitəsi” deyirdilər. Amma bu barədə ictimai bir rəy yoxdu nə deyilirdi, nə də yazılırdı…».
Təyyarədə bizə çay verdilər. General-akademik çaydan bir qurtum içib sözünə davam etdi. Heydər Əliyev onun bütün strategiyasını, taktikasını məharətlə öyrənmişdi. Hələ indiyədək heç vaxt Heydər Əliyevi görmədik ki, öz generallarını ictimai yerlərdə, yığıncaqlarda, görüşlərdə onların üzünə tərifləsin, yaxşı işlərini qeyd etsin. Hər şeyi arxada edirdi. Arxada onlardan həvəslə danışırdı, onlarla fəxr edirdi.
«…Bir dəfə mən Bakıda olanda general Şebarşin soruşmuşdu: – Heydər Əliyeviç, İlhamın yanında duran Sizin qardaşınız oğludur? O da, dayanmadan demişdi: – Bəli dostum, hər ikisi mənim gücüm və qüvvəmdir. Onlar ikisi bir yerdə dövlətdir. O, Kəmaləddin Heydərovla oğlu İlham Əliyevi (bu gün o Sizin başçınızdır) bir yerdə görəndə fərəhlənirdi. O, bu məntiqi bizə belə izah edirdi: – Nə qədər ki, onlar bir yerdədir, Azərbaycanı dağıtmaq, bölmək, parçalamaq, sərvətini xaricə daşımaq mümküb deyil. Onlar mənim övladlarımdır… Onlarda xəyanət olmaz. Onların hər ikisində Sədaqət andı var. Baxmayaraq ki, İlham mənim oğlum və sabahımdır… O da sədaqət andı içib: Dövlətə, Vətənə».
-Mənim yaxşı yadımdadır, – kəşfiyyat generalı Petruş xatırladır: -1984-cü ildə Moskvadan – ölkənin Dövlət Təhlükəsizlik Komitəsindən, Baş Kəşfiyyat İdarəsindən altı general müraciət etdi ki, İslam Peyğəmbərinin düşmənə qarşı kəşfiyyat və əks-kəşfiyyat, strategiyası və taktikası ilə bağlı bir Akademik kitab yazsın, tezisləri hazırlasın. Bu həm də Siyasi Büroda müzakirə olunan məsələ idi. Bu böyük silah idi. Məsələn, general Şevarşin İran üzrə çox ciddi mütəxəssis idi. Məktəb qurmuşdu. İrana həmişə Bakıdan gedirdi. İranda rezident olduğundan ondan həmişə qorxurdular…
– Pavel İvanoviç, cənab general Heydər Əliyev həmin kitabı yazdımı? – soruşdum.
– Bəli. -Akademik Petruş dedi: – Heydər Əliyev çox ciddi şəkildə yazdı. Gözəl və məntiqli bir kitab yazdı: “İslam Peyğəmbərinin Strategiyası”.
– Biz Elə bir kitab görməmişik, – dedim.
– Sizinkilər Heydər Əliyev irsini sonadək araşdırmayıb, – Akademik dedi. -Onun vaxtı ilə məxfçi sənədlər kimi SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində saxlanılan, qorunan on altı dəftəri olub. Azərbaycan milləti haqqında, quracağı dövlət haqqında (buna görə onu tənbeh edənlər də oldu) kadrları haqqında xüsusi qeydləri, fikirləri, düşüncələri var idi. Məsələn, general Yuri Vladimiroviç Andropov ona qardaşım deyirdi… Doğrudan da qardaş idilək. Əsl əqidə dostları… Onlarla biz fəxr edirdik.
-Bilirsən, – Akademik yenə çaydan bir qurtum içdi. Əlini sifətinə çəkdi. Mənə elə gəlirdi ki, o yorulub. Amma yox, yorulmamışdı: – Məni, – dedi, -Heydərovlar ailəsinə nə yaxınlaşdırırdı? Onun qeydlərində oxumuşdum ki, mənim həm Naxçıvanda, həm Bakıda… çoxlu əqidə dostlarım var… Ramiz Mehdiyev, Fəttah Heydərov, Bəylər Eyyubov, Vasif Talıbov, Ramil Usubov, İsa Həbibbəyli… (Mən dayandım. Akademikin saydığı digər adların bir qismi Heydər Əliyevə xəyanət etdiyi üçün dayandım… Görün Heydər Əliyevin nə qədər böyük ürəyi olub. Düşməninə dost deyən belə insanı unutmaq olarmı?Red.):
– Pavel İvanoviç, onların içində xəyanət edən generallar var…
– Təəssüf edirəm… Nə isə, məni Fəttah Heydərov ailəsilə birləşdirən… onun millətçilik əqidəsi, Azərbaycan sevgisi əqidəsi olub…
Akademik İvan Pavloviçin təhlillərindən hiss etdim ki, Əliyevlər ailəsilə Heydərovlar ailəsi arasında möhtəşəm bir körpü olub. Həm Naxçıvandan, həm Bakıdan nəsillər, tayfalar olub ki, taleyin qurduğu bu körpünü uçurub, dağıtsın, viran qoysun. Amma Allah imkan verməyib. Hər iki ailə arasında qırılmaz sevgi, hörmət və ləyaqət telləri var.
Akademik Petruşev dedi ki, Heydər Əliyevin “Azərbaycan generallarına…” xüsusi müraciəti var. Onun ilk fərmanı Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin yaranması ilə bağlı olub. Onun İqtisadi Kəşfiyyat İdarəsi yaratmaq fikri var idi. O, bizimlə söhbətində qəribə, lakin əksər dövlətlərdə bu proqram-layihə var. Amma tale imkan vermədi. O, İqtisadi Kəşfiyyat Nazirliyi (ola bilsin İdarəsi) yaradacaq idi. Oraya Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun təyinatı var idi. Dayandı. Kimsə maneə törətdi. Kəmaləddin Heydərovun təyinatı dayandı. Sonra yaranacaq Nazirliyə (ola bilsin İdarəyə) Moskvada təhsilini başa vurmuş, oranın xüsusi xidmət orqanlarında çalışan polkovnik Qalib Əbdül oğlu Xalıqovu təyin etmək fikrində dayandı. Qalib Xalıqov əslən Şamaxıdan idi. Peşəkar çekist idi. Atası general Əbdül Xalıqov vaxtilə Heydər Əliyevlə bir işləmişdi… Bütün bunlar yarımçıq qaldı… Sonra Xalıqov Milli Təhlükəsizlik Nazirinin birinci müavini oldu… Onu da qoymadılar işini tamamlasın…

Rövşən Novruzoğlu,
politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert

Hamısını Göstər

Related Articles

Back to top button