Paşinyan: “Başa düşməliyik ki, Rusiyanın Ermənistan qarşısındakı öhdəlikləri müəyyən bir çərçivəyə sahibdir”

“Biz sadəcə, uzun müddətdir ki, müxtəlif yollarla Rusiyaya həqiqətə uyğun olmayan öhdəliklər yüklədik”.

“Sputnik-Armeniya” yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan, Aragatsotn bölgəsindəki Ohanavan sakinləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya keçmiş SSRİ-nin özəyi olaraq yalnız Ermənistanla deyil, həm də Azərbaycan da daxil olmaqla digər keçmiş ittifaq respublikaları qarşısında öhdəliklərə malikdir:

“Anlamalıyıq ki, Rusiya Ermənistanın dostu və strateji müttəfiqidir, amma Azərbaycanın düşməni deyil. Və bu müttəfiqlik öhdəliklərinin müəyyən bir çərçivəyə sahib olduğunu başa düşməliyik”.

Hamısını Göstər

Related Articles

Back to top button