Paşinyan təcili Gümrüyə getdi: Qapalı müzakirələr keçirəcək
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan bu gün ölkənin ikinci böyük şəhəri Gümrüyə gəlib.
Erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Gümrüdə əsir və itkin düşmüş hərbçilərin yaxınları ilə müzakirə aparacaq.
Saat 11:30-da başlayacaq müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun qətiyyətli qələbəsindən sonra Ermənistanda ordusunda əsir düşən və itkin elan olunan şəxslərin valideynləri hər gün aksiya keçirir. Aksiyaçılar səlahiyyətli şəxslərdən əsir götürülən və itkin düşənlər haqqında dəqiq məlumat vermək, onların axtarışını aparmaq və əsirlərin ölkəyə gətirilməsini təmin etmək məqsədilə konkret addımların atılmasını tələb edirlər.
Bundan əvvəl isə erməni müxalifəti elan edib ki, Paşinyan tərəfdarlarının Gümrü şəhərində dəstək mitinqi uğursuzluqla nəticələnib.