Paşinyan türk olduğunu “etiraf” etdi

Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində rezonans doğuran hadisənin mərkəzinə düşüb.

Belə ki, erməni lider məkanlardan birinin çıxışında jurnalistlərin suallarına tuş gəlib.

N.Paşinyan jurnalistlərdən birinin “özünüzü türk hesab edirsinizmi?” sualına “hə” cavabını verib. Həmin anın videosu sosial şəbəkələrdə sürətlə yayılıb.

Paşinyanın müxalifətyönlü jurnalistə verdiyi cavabı sosial şəbəkənin erməni seqmentində qəzəb dalğasına səbəb olub.

Hamısını Göstər

Related Articles

Back to top button