Paşinyanın növbəti sərsəm açıqlaması

Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi məsələsində beynəlxalq birliyi çaşdırmağa yönəlik təxribatçı taktikasına sadiqdir. Martın 29-da hökumətin iclasında o, ənənəvi riyakar mövqeyini təkrarlayıb.

Dildə “sülh”, “anlaşma” desə də, əslində, ölkəmizə qarşı əsassız ərazi iddiasını növbəti dəfə ortaya qoyub.

Belə ki, Nikol Paşinyan “Ermənistan hökuməti sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir” söyləməklə yanaşı ardınca bildirib:

“Ümid edirik ki, tezliklə Stepanakert-Bakı (Xankəndi-Bakı – red.) və Ermənistan-Azərbaycan danışıqları formatında konkret irəliləyiş olacaq. Aydındır ki, bu kontekstdə beynəlxalq təminatların və mexanizmlərin prosesə cəlb edilməsi son dərəcə vacibdir”.

Belə çıxır, uydurma “artsax” da beynəlxalq hüququn subyekti, ayrıca bir dövlətdir və Bakı İrəvanla yanaşı, Xankəndi ilə də eyni formatda, bərabərhüquqlu danışıq aparmalıdır.

Özü də “beynəlxalq təminat və mexanizm” çərçivəsində. Halbuki söhbət bizim daxili işimizdən, erməni əsilli vətəndaşlarımızla yalnızca dialoqdan söhbət gedir.

Hansısa vasitəçilərin iştiraklı ilə danışıqlardan yox. Erməni baş nazir isə mövcud olmayan “

Qarabağ məsələsi”ni bu yolla, hiyləgərcəsinə beynəlmiləlləşdirməyə çalışır ki, erməni əhalinin inteqrasiya prosesi mümkün olmasın. Çünki biz beynəlxalq vasitəçilərin nəyə qadir olduğunu yaxşı bilirik.

Qısası, kapitulyant ölkənin rəhbəri yenə də “sülh”dən danışaraq bizə şərt qoyub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button