Pentaqon ABŞ-ın yardımına nəzarət üçün Kiyevə xüsusi qrup göndərəcək

Pentaqon ABŞ-ın Ukraynaya göstərdiyi yardıma nəzarət üçün xüsusi qrup formalaşdırıb.

Polise.az xəbər verir ki, CNN telekanalı bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinə istinadla məlumat yayıb.

Telekanalın əlinə keçən məruzədə deyilir ki, Vaşinqton Kiyevə təqdim olunan milyardlarla dollardan necə istifadə edildiyini effektiv izləyə bilmir. Bu səbəbdən həmin vəsaitə nəzarət üçün müvafiq qrup formalaşdırılıb. Qrupda yer alacaq mütəxəssislərin sentyabrın sonlarında Ukraynaya yola düşəcəyi gözlənilir. Beləliklə, ABŞ Müdafiə Nazirliyinin əməkdaşları Rusiya təcavüzündən sonra ilk dəfə Ukrayna ərazisinə yerləşdiriləcək.

Nəzarət qrupunun yaradılması barədə qərar Birləşmiş Ştatlarda Ukraynaya yardımlarla bağlı artan tənqidlər fonunda qəbul olunub. Respublikaçılar arasında Kiyevə milyardlarla yardımı yersiz hesab edənlərin sayı artmaqdadır.

Qeyd edək ki, ABŞ-ın Ukrayna üçün ayırdığı vəsaitin ümumi həcmi 110,97 milyard doları ötüb. Bura Prezident Cozef Bayden administrasiyasının avqust ayında Kiyevə maliyyə yardımı üçün yeni sorğusu daxil edilməyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button