Peqov yenidən separatçıların yanında peyda oldu – Bu dəfə Donbasda

Qarabağda 44 günlük müharibə zamanı erməni ordusunun tərəfində hərbi əməliyyatlar zonasında dolaşan və hər gün Azərbaycana qarşı dezinformasiyalar yayan, “arsax müdafiə ordusunun şücaəti” barədə reportajlar yayan bədnam rusiyalı bloqer Semyon Peqov (“Tuzik”) bu dəfə Ukraynanın separatçı Donetsk bölgəsində peyda olub.

Bu barədə Peqov özü aprelin 11-də özünün Telegram-kanalında yazıb.

“@wargonzo (Peqovun Telegram-kanalı,-red.) şəhərdədir! Qaynar reportajlar, odlu insaydlar və alovlu cəbhə analitikasını gözləyin”,-təbliğatçı-diversant bildirir.

Ukrayna KİV-ləri qeyd edir ki, Peqov Azərbaycanla Ermənistan arasında ötən ilin payızında gedən müharibə zamanı Qarabağda “qeydə alınmışdı”. Azərbaycanda həmin vaxt ona cinayət işi qaldırmışdılar.

Hərbi-siyasi icmalçı Aleksandr Kovalenko özünün “Odessa kuryeri” internet-nəşrində qeyd edir ki, hazıra Donbasa Rusiyadan məhz “qanlı” adlandırıla biləcək jurnalistlər və hərbi müxbirlər daxil olur. “Onlar məhz qan axıdılacaq yerə dürtülürlər və münaqişənin eskalasiyasını gözləyirlər. Və məhz onlar hansısa qanlı insidentlər, yəni əvvəlcədən hazırlanmış təxribatlar haqda məlumatları yayan birinci mənbə olurlar”,-icmalçı bildirir.

Peqovdan bir gün əvvəl isə Rusiya müdafiə nazirinin şəxsi müxbiri kimi tanınan Dmitri Steşin Donbasda peyda olub. O, Donbasda baş verənləri “operativ işıqlandıracağını” bildirir. Steşin 2014-cü ildə Donbasda gedən hərbi əməliyyatlar zamanı separatçıların və rusiyalı muzdluların tərəfində reportajlar hazırlayıb, hətta əsir götürülən Ukrayna hərbçilərini şəxsən döyməsi və onları dindirməsi ilə tanınıb.

“Dmitri Steşinin işğal edilmiş Donbasa aprelin 10-na keçən gecə gəlişi Ukrayna cəmiyyətini narahat etməlidir. Kreml öz emissarlarını elə-belə göndərmir”,-Aleksandr Kovalenko qeyd edir.

O, hesab edir ki, Rusiyanın Donbasda irimiqyaslı əməliyyat hazırlaması və yeni ərazilər tutmağı planlaşdırması günü gündən daha aydın görünür.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close