PKK terror təşkilatın liderlərindən Öcalan və daha 5 nəfər məhv edilib
Teror təşkilatı PKK-nın hərbi qolu HPG Türkiyə Silahlı Qüvvələrinin İraqın Avaşin bölgəsinə gerçəkləşdirdiyi hava hücumunda ölən terrorçularının adlarını açıqlayıb.
Ölənlərin arasında PKK-nın liderlərindən olan Didar Öcalan kod adlı Rojin Məhəmməd də var.
Hava hücumunda məhv edilən PKK terrorçularının siyahısını təqdim edirik:
1. “Didar Öcalan” kod adlı Rojin Məhəmməd
2. “Felat Amed” kod adı – Mustafa Oğraş
3. “Nujiyan Herekol” kod adlı Evin Acar
4. “Şoreş Mardin” kod adlı Cemal Aktay
5. Berivan Araz
6. Hatim Sayir Beto