Podolyak: Putin G20 Sammitinə qatılarsa, orda Zelenski də iştirak edə bilər.

Əgər G20 Sammitinə Vladimir Putin də qatılsa, onda Prezident Vladimir Zelenski də Sammitə qatıla bilər.

Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin köməkçisi Mixail Podolyak açıqlama verib.

O, Putinin Sammitə qatılması ehtimalını çıxmaq şərti ilə, Zelenskinin Ukrayna ərazisində qalmaq istədiyini və onlayn formatda istənilən Sammitə qatıla biləcəyini əlavə edib.

Podolyak Putinin G20 Sammitinə dəvətini Rusiyanın Ukrayna məsələsində mövqeyinin leqallaşması demək olduğunu da əlavə edib.

Qeyd edək ki, G20 Sammiti 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button