“Polisə Dəstək” İctimai Birliyinin maarifləndirmə tədbirləri davam edir

29may 2024-cü il tarixdə ADPU-nun Şamaxı filialında “İnsan Alverinə qarşı mübarizə,Ailədaxili münaqişələr-zorakılıqlar,Erkən nikahlar,İntiharlar-Suitsid və Narkotik maddələrin qanunsuz dövriyyəsi “ilə bağlı cinayətlərə qarşı maarifləndirmə xarakterli geniş seminar-mühazirə keçirilmişdir.
Profilaktik və maarifləndirmə əhəmiyyəti kəsb edən tədbirdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları,filialın pedoqoji və tələbə kollektivi iştirak etmişlər.
ADPU-nun Şamaxı filialının direktoru,dos.Tünzalə xanım Yusifova müzakirə predmetinə aid cinayət növlərinin baş verməsi nəticəsində ictimai münasibətlərə zərər dəydiyini,milli-mənəvi dəyərlərimizə xələl gətirən belə arzuolunmaz halların qarşısının alınmasında vətəndaş cəmiyyətinin roluna,elm və təhsil ocaqlarında həyata keçirilən maarifləndirmə xarakterli tədbirlərə həmişə ehtiyac duyulduğunu önə çəkərək ,sözü “Polisə Dəstək”ictimai birliyinin sədri,Birinci Qarabağ müharibəsinin veteranı-komandiri Şəmsəddin Əliyevə vermişdir.
O,hər bir cəmiyyətin özünə xas cinayətkarların və cinayətlərin olduğunu iştirakçıların diqqətinə çatdırmış,Transmilli Mütəşəkkil cinayətkarlığın xüsusilə ağır mövlərindən olan İnsan Alveri və Narkotik maddələrin qanunsuz dövriyyəsinin bəşəriyyət üçün böyük bəla və problem olduğu,habelə erkən nikahlar,İntiharlar və ailədaxili zorakılqlar barədə geniş məlumat vermş,belə cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması ətrafında müvafiq tövsiyələr və təkliflərlə çıxış etmişdir.
Ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsində olduğunu nəzərə alaraq “kiçik dövlətin”möhkəmləndirilməsi üçün konseptual yanaşma,erkən nikahların,intiharların və ailədaxili zorakılıqların baş verdiyi ailələrin tədqiq olunması təklifi də müsbət qarşılanmışdır.
Bu cinayətlərin qarşısını almaq məqsədilə Şamaxı rayon polis şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktika işinin təşkilati qrupun inspektoru,polis baş leytenantı Rəşad Mahmudovun çıxışı da məmnunluq yaratmış,cinayətkarlıqla mübarizə işində polis-vətəndaş münasibətlərinin xoş məcrada davam etməsi iltifatla qarşılanmışdır.
Sonda verilən suallar mahiyyəti üzrə cavab-landırılmışdır.
Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button