“Polisə Dəstək”İB-i Quba şəhərində “İnsan alverinə yol verməyək”layihəsi çərçivəsində növbəti tədbirini keçirdi.

Sentyabr 26 da Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba şəhər filialında DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin və Quba şəhər polis şöbəsinin birgə iştirakı ilə “İnsan Alverinə yol verməyək”layihəsinin icraya yönəlməsi məqsədilə Pedoqoq və tələbələrlə geniş maarifləndirmə tədbiri həyata keçirilmişdir.Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba şəhər filialının direktoru,dos.Yusif Alıyev İnsan alveri ilə mübarizədə maarifləndirmə , həm də,profilaktik xarakterli tədbirlərin qüvvədə olan Milli Fəaliyyət Planının mövcud tələblərini özündə ehtiva etdiyini təqdir etmiş, bu missiyada vətəndaşların da dəstəyinin təmininə zərurətin olmasını vurğulamışdır.

Sonra “İnsan Alverinə yol verməyək” layihəsinin rəhbəri,”Polisə Dəstək”İB-nin sədri Şəmsəddin Əliyev İnsan Alverinin anlayışı,qurbanların istismarı,insan alveri qurbanlarının əlamətləri,Azərbaycan Respublikasının insan alverinə aid CM-də əxz edilən maddələrin şəxsiyyət əleyhinə və ictimai mənəviyyat əleyhinə olan cinayət əməlləri barədə iştirakçılara məlumat vermiş ,bu cinayətlərə görə zərər çəkənlərin qurbana çevrilmə mexanizmi, xarici ölkələrdə yüksək ödənişlə iş və təhsil almaq təklifinə, xarici ölkə vətəndaşları ilə ailə qurmağa razılıq vermədən öncə müəyyən məlumatların əldə edilməsi ətrafında tövsiyələr vermişdir.Tədbirdə İnsan hüquq və azadlıqları üzrə tanınmış hüquqşünas-ekspert Aydın Kərimov İnsan Alverinə aid cinayətlərin mürəkkəb tərkibli, transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə ağır növü kimi insanların iradə azadlığına və bütövlükdə fundamental hüquq və azadlıqlara zidd olduğunu iştirakçıların diqqətinə çatdırmış,ölkədə vətəndaşların təhlükəsizliyinin müdafiəsi və təmini sahəsində Azərbaycan dövlətinin qabaqlayıcı,preventiv kompleks tədbirlərin görülməsini dövlətin Ali Məqsədinin canlı təzahürü kimi gənclərə bəyan etmişdir.Tədbirdə ADPU-nun Quba Filialının direktor köməkçisi Mürvət Əliyev,filialın xanım pedaqoqu Nəhayət Şirinova və Quba şəhər polis şöbəsinin əməkdaşı Coşqun İsmayılov çıxış etmişlər.Maarifləndirmə xarakterli profilaktik tədbir diskusiya şəraitində maraqla davam etmiş,tələbələrin səsləndirdikləri suallar mahiyyəti üzrə cavablandırılmışdır.Sonda kollektivlə birlikdə xatirə şəkili çəkilmişdir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button