Polis əməkdaşlarına müqavimət göstərən şəxs həbs edilib

Mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərmişdir. O, saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilmişdir.

Hamısını Göstər

Related Articles

Back to top button