Polis Qubada kollec tələbələri ilə görüşüb-FOTO
Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba Dövlət Sosial-iqtisad kollecində narkomaniyanın
fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.
“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki
Mehman Əliyev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir
nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin (DİN)
narkotik vasitələrə qarşı ölkə boyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə tələbələri
məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.
Həmçinin çıxış edən RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantın Vüsal Rüstəmov
gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər
haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat
vermələrinin vacib olduğunu bildirib.
Tədbirin sonunda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından
bəhs edən sosial çarxlar nümayiş etdirilib.