Polis sərt, lakin ədalətli davrandı

Koronarejim dövrünün yeni həyat tərzi ilə barışa bilmirik. Bu, yaxın bir adamın ölümü kimidir. Qalan günləri sevdiyin o insan olmadan yaşamalı olduğunu başa düşmək, qavramaq və qəbul etmək olduqca çətindir. Barışmaq mümkün deyil, amma qəbul edib, həyatın tələblərinə tabe olmalıyıq…

Həyat yeni ölçüyə keçib-yaşamaq, sağ qala bilmək. Tüğyan edən viruslar erasında, mən isə dərindən buna əminəm ki, yaxın onilliklərdə insanlıq onu təhdid edən virusların populyasiyasının öhdəsindən gələ bilməyəcək,-biz sağ qalmağın yollarını öyrənməyə məcbur olacağıq. Qoy lap məhdudiyyətlər və insan sivilizasiyasının milli çərçivələr daxilində yadlaşması hesabına olsun.

Təəssüf ki, bəşəriyyət vəhşi feodal gerçəkliklərinə qayıtmaqla elmi-texnoloji tərəqqinin və iqtisadi qloballaşmanın ən böyük qazanclarını qoruya bilmədi…Ancaq biz yeni həyatın qaydalarını itaətkarcasına qəbul etməliyik, çünki bizim təbii həyatın qanunlarına qalib gəlmək imkanlarımız ortaya çıxıb. Lakin fəlsəfə dialektikası barədə düşüncələrdən bizim indiki mövcudluğumuza qayıdaq. Müasir dünya insan populyasiyasını qlobal təbabətə hələ də aydın olmayan təhlükəli virusun hücumundan qorumağın yeganə formulu üzərində dayandı. Bütün yenilər yaddan çıxmış köhnələrdir, dünya nəinki etibarlı və dayanıqlı orta əsrlər siyasi düzəninin qaydalarına geri qayıtdı, eləcə də vəba ilə mübarizə metodologiyasını tətbiq etməli oldu.

Bu virus vəbasının tüğyan etdiyi bir vaxtda Şərq təbabətinin əsasını qoyan İbn Sinanın müdrik fikirlərini tez-tez yada salırıq. O, qaçılmaz ölümdən xilas üçün çalışan hər kəsi əmin edirdi ki, qara ölüm mələyindən xilas yolu insanlardan uzaq mağaralarda gizlənməkdir. Özünütəcrid bir dəfə insanlığı xilas edib. İnsan populyasiyasını bu cür qoruyub saxlamaq mümkün olub. 9 əsr sonra insanlıq bundan yaxşı yol fikirləşib tapa bilmədi. Lakin son 9 əsr ərzində insanlar təbabəti təkmilləşdirməklə yanaşı insanın özünü təşkilatlandırmasının ali formasını-dövlət institutunu da təkmilləşdirə bildi.

Cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyəti, məhz ümumbəşəri hüquqların bir şəxsin hüquqları üzərində üstünlüyünü təsdiq edən dövlət öz üzərinə götürdü. Bir şəxsin azadlığı, bütün cəmiyyətin təhlükəsizliyinin başladığı yerdə bitir. Bu da sivilizasiyanın, sosial demokratiyanın formalaşmasında özünü göstərən daha bir uğurudur. Cəmiyyətin maraqları fərdin maraqlarından üstündür.

Bütün dövlətlər, istisnasız olaraq, xüsusi karantin rejimi tətbiq etmək qərarına gəldilər. İbn Sinanın dediyi kimi, qurtuluş özünü təcrid etməkdədir. Və dövlət başqalarını xilas etmək üçün, hər bir fərddən qanunun tələblərinə əməl etməsini tələb edir.

Bir gün əvvəl Bakıda nə olmuşdu?! Yasamal rayonunda sakinlərdən biri karantin rejimini pozmuşdu. O, həyatın yeni qaydalarını qəbul etmək və onunla barışmaq istəmirdi. Bəlkə də, yuxarıda qeyd etdiyim-yaxın birini itirəndə olduğu kimi. Ancaq fəlsəfəni bir kənara qoyaq. Söhbət bəşəriyyətin həyatı təhlükəsindən gedir!

Qanunun keşiyində duran polis həmin vətəndaşı asayişə əməl etməyə çağırdı. O qulaq asmadı və bu tələbi rədd etdi. Dövlət hakimiyyətin ilkin qanununa-gücə əl atdı. Vətəndaş, başqalarını xilas etmək naminə, zorla təcrid olundu. Bəs sona qədər müqavimət göstərən vətəndaşın qonşuları və dostları nə etdilər?! Hüquq-mühafizə orqanlarının əməkdaşlarına, yəni dövlətin ali qurumun nümayəndələrinə şüşə, zibil, dəmir əşyaları atmağa başladılar… Bu nədir? Üsyan? Etiraz? Təcavüz? Yaxşı, nəyə qarşı? Dövlətin insanların həyatını xilas etmək səylərinə qarşı?! Qondarma demokratik nisbətlər qınaq və təhqirlərə qatışdırılaraq guya insan haqlarını müdafiəyə qalxdılar! Adi bir fəlsəfi sual barədə düşünmədən – bir vətəndaşın azadlığı bütün cəmiyyətin həyatını təhdid edəndə dövlət nə etməlidir?! Və təhlükə bütün bəşəriyyətin başının üstünü alıbsa, insanın şəxsi azadlığı haradan başlayır və harada bitməlidir?

İndi zamanın və sivilizasiyanın labirintdə azdığı gündür, hamımız soruşuruq – dünya, həyat və insanlıqla nə olacaq? Və yalnız SSRİ-nin dağıntıları altında qalan kiçik bir sosial təbəqə xəyali liberalizmi, insan hüquqlarının pozulduğunu, reallığa çevrilən virtual dünyada sərbəst toplaşma azadlığını müzakirə edir. Zalım və buludsuz dünyamızda bizim başımızın üstündən yalnız bir sarsılmaz mənəvi dəyər keçir-Ədalət. Polis ədalətli hərəkət etdi…

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button