Polis Şabranda məktəblilərlə görüşüb
Şabran Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 nömrəli tam orta məktəbində “Gəncliyimizi
narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Niyaməddin
Əlihəsənov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu
zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin
apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşları “Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin
də vacibliyini qeyd ediblər. Gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu
formada tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.