“Polise Dəstək” İB Müstəqillik günü münasibətilə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovu təbrik edib.
Azərbaycan Respublikasının Daxili İşlər Naziri,general-polkovnik cənab
Vilayət Eyvazova
Çox hörmətli Vilayət müəllim!
Azərbaycanın Milli bayramı-28 May müstəqillik Günü münasibətilə “Polisə Dəstək”ictimai birliyi, polise.az xəbər saytı və şəxsən öz adımdan Daxili İşlər Nazirliyinin kollegiya tərkibinə,hərbi hissələrə və DİO-nun strukturlarında çalışanlara səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, təməli dahi Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi ilə davam edən təkmil hüquqi islahatların tətbiqində, sabitliyin qorunmasında, təhlükəsizliyin təminində və polis orqanlarının fəaliyyət istiqamətlərinin uğurla davam etdirilməsində Sizə ən xoş arzularımı çatdırıram.
QHT olaraq İctimai qaydaların mühafizəsi və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi üçün maarifləndirmə tədbirlərinin bundan sonra da vətəndaşlarla sıx əməkdaşlıq edəcəyimizə əmin edirəm.
Çox hörmətli Vilayət müəllim!
Bu əlamətdar bayramın yaratdığı xoş ovqatdan və fürsətdən istifadə edib,Sizə, Ali rütbəli polis məmurlarına,habelə polisin çoxminli şəxsi heyətinə möhkəm can sağlığı və xoşbəxtlik arzularımı ifadə edirəm.
Cənab Nazir,xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin!
İltifatla,
Şəmsəddin Əliyev