Polislər Qaxda şəhid ailələrini ziyarət ediblər

Qax Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan Daxili Qoşunların hərbi qulluqçuları Nəzir Osmanov və Emil Fətəliyevin ailələrini ziyarət edib, bayram münasibətilə onları təbrik ediblər.

Görüşdə xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin fədakarlıqlarından, nümayiş etdirdikləri igidlik və şücaətdən danışılıb. Onların qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı qeyd olunub.

Vətən müharibəsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button