Polislər 8 Mart münasibətilə şəhidlərimizin qadın ailə üzvlərini təbrik ediblər

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrini ziyarət ediblər.

Xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacağı qeyd olunub. Polis əməkdaşları 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərini təbrik edərək, gətirdikləri hədiyyələri təqdim ediblər. Qız övladlarının təhsili ilə maraqlanıblar. Torpaqlarımızın işğaldan azad edilməsində canından keçən oğullarımızın ailə üzvləri onlara göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button