Politoloq: Prezident ermənilərin bu planını məhv etdi

İşğaldan azad edilən Qarabağın sürətli yenidənqurma və bərpasının açarı Füzuli Beynəlxalq Hava Limanıdır. Biz bunu ölkə başçısının ardıcıl Qarabağa səfəri və bu səfərlər əsnasında hava limanına baş çəkib görülən işlərlə yaxından tanış olmasında görə bilərik. Təsadüfi deyil ki, Füzuli Beynəlxalq Hava Limanı qısa müddətdə istifadəyə veriləcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanış olması haqda danışarkən deyib.

Q.Hüseynlinin sözlərinə görə, ölkə başçısı hələ 44 günlük müharibə öncəsi Qarabağın sürətli yenidənqurma və bərpası üçün planlar tərtib edilməsi tapşırığını vermişdi:

“Prezidentin uzaqgörən siyasəti digər sahələrdə olduğu kimi, bu məsələdə də özünü büruzə verir. Dövrün tələblərini yaxşı analiz edən ölkə başçısı Qarabağın yenidənqruma və bərpa prosesinin qısa zamanda tamamlanmasının tək yolunun yeni və beynəlxalq standartlara cavab verən hava limanından keçdiyini yaxşı bilirdi.

Ermənistanın 27 illik işğal dövründə Qarabağı başdan ayağa minalaması da əslində təsadüfi deyildi. İşğalçı ölkənin “uzaqgörən” siyasətinə görə, Qarabağ geri qaytarılsa, Azərbaycan illərlə minalanmış əraziləri təmizləməyə vaxt sərf edəcək, beləcə Ermənistan yenidən ərazini işğal edəcək gücü toplaya biləcəkdi. Lakin ölkə başçısının uzaqgörənliyi bu gün ermənilərin bu planlarını nəinki pozdu, hətta büsbütün məhv etdi.

Məsələ ondadır ki, Füzuli Beynəlxalq Hava Limanının yaxın perspektivdə əsas vəzifəsi Qarabağın yenidənqurma və bərpasının həyata keçirilməsi, həmçinin ərazilərin minalardan təmizləmə prosesinin sürətlənməsinə təkan vermək olacaq. Çünki Qarabağda hələ də minalı ərazilər var və bu regionda nəqliyyat-infranstruktur işlərini çətin edir. Lakin hava daşınması ilə Qarabağda quruculuq prosesi sürətlənəcək. Prezidentin özünün də dediyi kimi, uçuş-enmə zolağı da artıq hazırdır. Bu isə o deməkdir ki, artıq hava limanına ən azı tikinti materialları, texnika, həmçinin işçı qüvəsinin gətirilməsi mümkündür”.

Hamısını Göstər

Related Articles

Back to top button