Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədrinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə başsağlığı verib.
Polise.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib: “Ölkənizdə baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi”.
Azərbaycan Prezidenti bu faciə ilə əlaqədar Məhəmməd Yunis Əl-Mənfiyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Liviya xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.
Polise.az