Prezident İlham Əliyev Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Polise.az xəbər verir ki, dövlət başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşıb.