Prezident: “Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq”

Prezident  İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya səfərləri zamanı Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. 

Prezident  həmin ziyarət zamanı bu fikirləri dilə gətirib:

“Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Artıq Vaqifin məqbərəsində işlərə start verilib. Layihəyə baxmışam. Tarixi bərpa edirik. Layihəni Heydər Əliyev Fondu öz vəsaiti hesabına, fonda məxsus zövqlə Mehriban xanımın rəhbərliyi ilə icra edəcək”.

Ziyarətdən olam videogörüntünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial media hesabında paylaşıb.

Hamısını Göstər

Related Articles

Back to top button