Prezidentin köməkçisi vətəndaşlara müraciət edib

“Cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar”.

Bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Biz hər birimiz bu virusa yoluxa bilərik. Ona görə də bunu gizlətməyə ehtiyac yoxdur. Cəmiyyətdə bu fikrin formalaşmasının qarşısı alınmalıdır. Özünü xəstə hiss edən, hərarəti qalxdığı üçün özünü narahat hiss edən hər bir şəxs mütləq və mütləq həkimə müraciət etməlidir. Çünki bunu etməsələr, onlar da yoluxmanın yayılmasında iştirak etmiş olurlar”, – o bildirib.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button