Professordan şok sözlər: “Azərbaycanda Hindistan ştammı var”

Tibb professoru Ədalət Rüstəm Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Delta ştammı deyilən qədər təhlükəlidirmi?

– Hindistan ştammı daha təhlükəlidir. Yoluxuculuq qabiliyyəti ən azı 2 dəfə yüksəkdir.

– Virus uşaqlarda hansı fəsadlara səbəb ola bilər?

– Delta ştammının uşaqlara yoluxması ilə bağlı elmi araşdırmaları hələ ki, yoxdur. Yeni ştammdır, nəticələr məlum deyil. Vaxtsız olduğu üçün tədqiqatlar aparılmayıb.

– Virus qonşu ölkələrə yayılıb. Sizcə, ölkəmizə gəlmə ehtimalı varmı?

– Varsa, deməli bizdə də var. Rəsmi məlumat yoxdur, amma hesab edirəm ki, faktiki olaraq Azərbaycanda Hindistan ştammı var. Virus gözəgörünməzdir, gömrükdən keçmək kimi xüsusiyyətləri var.

– Vaksin Delta ştammı üçün təsirli ola bilərmi?

– Böyük ehtimal ki, effektli olacaq.

– Üçüncü doza vaksinə ehtiyac varmı?

– Hələ birinci doza vaksinasiya bitməyib. Birincisini bitirə bilmədiyimiz halda üçüncü doza haqqında fikirləşmək düzgün deyil. Əhalinin cəmi 15 faizi peyvənd olunub. Kimlərdə ki, immunitet zəifdir, 6 ay, bir il sonra müayinə olunduqdan sonra üçüncü doza vaksin vurula bilər. Onların immuqlobin göstəricisi nəzarət altında olmalıdır.

– Ümumdünya Səhiyyə Təşkilatı dördüncü dalğa proqnozları verib. Siz necə düşünürsünüz, ölkəmizdə dördüncü dalğa gözlənilirmi?

– İndiyədək ölkəmizdə ikinci və ya üçüncü dalğa baş verməyib. Bizdə birinci dalğa yeni bitdi. İkinci dalğa payız aylarında gözləniləndir. Çünki mövsümü xəstəliklər, o cümlədən COVID payızda yenidən alovlana bilər. Yenidən alovlanma baş verəcəksə, bunu ikinci dalğa adlandıra bilərik?

– Sərt karantin rejimi ilə bağlı gözləntiniz varmı?

– Situasiyanın gedişindən asılıdır. Karantin rejimi qalıb, ləğv olunmayıb. Yoluxma halları artarsa, yenidən sərtləşmələr ola bilər.

– Pandemiya dövründə koronaya qarşı mübarizədə iştirak edən həkimlərimizdənsiniz. Virusla mübarizədə yeni metodlar ola bilərmi? Hansı üsullar artıq ləğv edilməlidir?

– Olduğu kimi davam etməliyik. Onsuz da karantin rejimi ləğv edilməyib, amma sərtləşə bilər. Yoluxma sayı indiki kimi ikirəqəmli davam edəcəksə, karantin rejimi yumşaldıla bilər.

– Sizcə, açıqlanan rəqəmlər reallığı əks etdirirmi?

– Real rəqəmləri Operativ Qərargah bilir və rəqəmlərə uyğun qərarlar verirlər. Ona görə də mən Operativ Qərargahın tərəfindəyəm. Çünki real rəqəmlər əsasında tədbirlər görülür. Qərarlar əsaslı faktlar nəzərə alınaraq verilir.

– Daha əvvəl proqnozlar verirdiniz və qeyd etdiyiniz rəqəmlər də dəqiq olurdu. Gələcəkdə yoluxma sayı maksimum nə qədər ola bilər?

– Əvvəlki yumşaldılma tədbirlərindən sonra yoluxma sayının artacağını proqnozlaşdırırdıq və elə də olurdu. Lakin indi vəziyyət sabitdir. Güman ki, təlatümlər, təkanlar olmayacaq. Qorxulu rəqəmlər gözləmirəm.

Hamısını Göstər

Related Articles

Back to top button