“Putin günlərlə telefonda danışıqlar aparırdı”

“Rusiya qan tökülməsinin dayandırılmasında əsas rol oynadı”.

Bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin Dağlıq Qarabağ probleminin həllinə dair vasitəçiliyindən danışarkən bildirib.

“Bu vəziyyətdə Putinin məsuliyyətli mövqeyi, dayandırmaq üçün göstərdiyi səylər – əlbəttə ki, bunlar baha başa gəlir, onları qiymətləndirmək çox çətindir” – deyən Peskov bu məsələnin yalnız Bakı və Yerevanla qarşılıqlı hörmətə əsaslanan yaxşı və konstruktiv əlaqələrin qorunması sayəsində həll olunduğunu qeyd edib.

“Prezident bu məsələ ilə şəxsən məşğul olurdu və günlərlə əlində telefon dəstəyi danışıqlar aparırdı”.

Peskov, həmçinin bildirib ki, münaqişə ilə bağlı Rusiya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da telefon danışıqları aparıb.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close