Putin “Hələb qəssabı”na iyunun 10-na kimi vaxt verib
İşğalçıların çoxsaylı qüvvəsi “Hələb qəssabı” ləqəbli general Aleksandr Dvornikovun iki tapşırığını yerinə yetirmək üçün göndərilir.
Bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Dvornikova ya iyunun 10-dək Severodonetski tamamilə ələ keçirmək, ya da Lisiçansk-Baxmut magistral yolunu tamamilə kəsib nəzarət altına almaq tapşırığı verilib. Ona görə də rusların bütün qüvvələri bu iki tapşırığı yerinə yetirmək üçün cəmləşib”, – Qayday bildirib.
Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Donbasdakı uğursuzluqları səbəbindən general Aleksandr Dvornikovun vəzifəsindən qovulduğunu yazmışdı.