Putin: “Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”

Heç kim Qarabağ böhranının inkişafında maraqlı deyil”.

TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Heç kim – nə Ermənistan, nə də Azərbaycan onun inkişafında maraqlı deyil”, – deyə RF-nın dövlət başçısı bəyan edib.

V.Putin hazırda bir çox problemin olduğunu vurğulayıb:

“İnfrastruktur, Ermənistan və Azərbaycan arasındakı sərhədlərin müəyyənləşməsi (Xüsusilə heç vaxt sərhəd olmadığı yerlərdə) ilə bağlı problemlər var. Hazırda məsələlərin tənzimlənməsi üzərində iş gedir”, – deyə o, bildirib.

“Xüsusi üçtərəfli qrup yaratmışıq və bu vəziyyəti həll etmək üçün hər şeyi edəcəyik”, – deyə Putin əlavə edib.

Hamısını Göstər

Related Articles

Back to top button