Putin Kremli kimə tapşıracaq? – Prezidentin varis planı

Rusiya Federasiyasının Federal Məclisi Vladimir Putinə prezidentliyə namizədliyini beşinci dəfə irəli sürmək səlahiyyəti verməsi ciddi müzakirəyə səbəb olub.

Belə ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində Putinin dövlət başçısı postundan gedəcəyinə dair proqnozların səsləndiyi bir vaxtda qanunvericilyə dəyişiklik edilməsi yalnız Rusiya əhalisi üçün deyil, beynəlxalq ictimaiyyət üçün də gözlənilməz hadisə kimi qarşılanıb.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının martın 24-də keçirilən plenar iclasında Rusiya Federasiyası seçkilər və referendumlar haqqında qanunvericiliyinə düzəlişlər edilib. Bu qanun Rusiya Federasiyasının Konstitusiyasına edilən yeni düzəlişlərə uyğun hazırlanıb.

Düzəlişlərlə indiki dövrədək prezident olmuş şəxs daha iki dəfə dövlət başçısı seçilə bilər.

Beləkilə, 2024-cü ildə səlahiyyət müddəti başa çatan Vladimir Putin yenidən prezidentliyə namizəd ola bilər. Ancaq hazırkı dövlət başçısının həmin vaxt 72 yaşı olacaq. O zaman Putinin prezidentliyə iddialı olub-olmayacağını söyləmək çətindir.

Rusiya prezidentinin bu addımı çox güman ki, ilk növbədə, daxili və xarici ictimai rəyə hesablanıb. Son günlər ABŞ başda olmaqla, Qərbin təzyiqləri ilə üzləşən Putin hakimiyyətinə qarşı Rusiyada kütləvi etiraz aksiyalarının baş qaldıracağı gözlənilir.

Müxalifət lideri Aleksey Navalnının səhhətinin pisləşməsi barədə xəbərdən sonra Rusiyada Putinə istefa tələbi ilə 500 minlik mitinqin keçirilməsi üçün sosial şəbəkələr vasitəsilə təbliğat kampaniyasına başlanılıb.

Aprel ayına planlaşdırılan bu aksiyaya Bayden administrasiyası dəstək verdiyini gizlətmir. Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşdiyini nəzərə alsaq, yaz aylarında daxili siyasi vəziyyətin gərgin olacağı proqnozlaşdırılır.

Sentyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlıq isə bu prosesin artan xətt üzrə getməsinə təkan verə bilər. Etirazlar öncəsi Dövlət Dumasının prezidentlik müddətinə qoyulan məhdudiyyəti ləğv etməsi ilə Putin onu istefaya göndərmək isyətən daxili və xarici qüvvələrə “Mən 2024-cü ildən sonra da hakimiyyətdə qalacam” mesajını vermək istəyir. Yəni Putin hakimiyyətinin ömürlük olduğuna dair hüquqi əsas yaradır. Bununla da cəmiyyətdə onu yıxmağın qeyri-mümkünlüyünə dair rəy formalaşdırmağa çalışır.

Qeyd edilən səbəbdən, qanunvericiliyə sözügedən düzəliş Putinin siyasi manipulyasiya vasitəsiə də ola bilər. Belə ki, məhdiudiyyətin qaldırılması Putinin 2024-cü ildə namizəd olacağı anlamına gəlmir. Prezident postuna başqa şəxsin də gələcəyi istisna olunmur. Bütün bunlar 3 il sonranın yeni siyasi reallıqlarından asılı olacaq. Mövcud durumda isə Putinə hakimiyyətinin sarsılmazlığını təmin etmək və ya belə olduğunu göstərmək lazımdır.

Politoloq İlqar Vəlizadə cebhe.info-ya açıqlamasında bildirdi ki, Putinin hakimiyyətdən getməsi məsələsi bir neçə ildir müzakirə predmeti olsa da, bununla bağlı hər hansı qərarın çıxarılması gözlənilmir:

“Hazırda fiziki cəhətdən sağlam görünən Putin dünyanın ən təcrübəli siyasətçilərindən biridir. Merkelin hakimiyyətdən getməsindən sonra Putin ən təcrübəli siyasətçi sayıla bilər. Putin 25 ildir ki, superdövlətə rəhbərlik edir. Bu da siyasi kapitaldır və Rusiyanın xeyrinə işləyən amildir. Belə vəziyyətdə Putinin Rusiya daxilində alternativi yoxdur.

Düzdür, post-Putin dövrü ilə bağlı müxtəlif fikirlər söylənilir. Çünki hakim komandanın daxilində də nüfuz mübarizəsinin getdiyinə dair məlumatlar var. Bu da bütün dünyada müşahidə olunan normal haldır. Amma hazırkı vəziyyətdə heç kim Putinə təsir göstərə bilməz. Putin öz ətrafındakı güclərə təsir göstərir. Putinin hakimiyyətdən getməsi yaxın illərdə həm Rusiyanın, həm də beynəlxalq siyasətdə ən aktual məsələlərdən biri olacaq.

Siyasi varisi də Putin özü seçəcək. Yeltsin Putini seçdiyi kimi, Putin də öz varisini müəyyən edəcək. Həmin şəxsin kim olacağını isə hazırda demək çətindir. Digər ehtimal Qazaxıstan variantından istifadə edilməsi ilə bağlıdır. Yəni Putin prezident postunu başqa şəxsə verəcək. Amma faktiki olaraq ölkəni Putin idarə edəcək. Müxtəlif qurumların fəaliyyətinin gücləndiriləcəyi və həmin səlahiyyətlərin Putinin əlində cəmləşəcəyinə dair ehtimallar irəli sürülürdü. Onlar da özünü doğrultmadı. Çünki Rusiyanın siyasi sistemi elə qurulub ki, prezidentin səlahiyyəti mühüm təsirə malikdir.

Dmitri Medvedyev prezident olanda Putin Baş nazir idi. Prezidentin səlahiyyətlərinin azaldılması ölkənin siyasi siteminə mənfi təsir göstərə bilər. Hesab edirəm ki, Putin 2024-cü ildə siyasi sürpriz edəcək. O, namizədliyini təkara irəli sürsə də, başqa namizədi dəstəkləsə də bu siyasi sürpriz olacaq. Bu da yaxın gələcəkdə Rusiyanın siyasətinə ciddi təsir göstərəcək”.

Hamısını Göstər

Related Articles

Back to top button