Putin Təhlükəsizlik Şurasını ÇAĞIRDI

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı Rusiya Təhlükəsizlik Şurasını çağırıb.

Polise.az-ın xarici mediaya istinadən məlumatına görə, Kremldən verilən açıqlamada Putinin sədrliyi ilə keçirilən şura iclasında “xüsusi hərbi əməliyyat”la bağlı fikir mübadiləsi aparıldığı bildirilib.

Rusiya müdafiə naziri Sergey Şoyqunun həftənin əvvəlində əməliyyat qərargahına səfəri ilə bağlı Şuraya məlumat verib və Putinin beynəlxalq telefon danışıqları ilə bağlı da məlumat ötürdüyü bildirilib.

Bəyanatda o da qeyd edilib ki, şura üzvləri cari sosial və iqtisadi məsələlərlə bağlı danışıqlar aparırlar.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button