Putindən sensasion bəyanatlar: “Axıra qədər gedəcəyik…”

Rusiya Prezidenti Vyetnamda jurnalistlərin suallarını cavablandırdı, nüvə silahından istifadə haqda danışdı, Qərbi xəbərdarlıq etdi

Rusiya lideri Vladimir Putin Vyetnamda jurnalistlərin suallarını cavablandırıb və bəzi senasion bəyanatlar verib. Putin suallardan birinə cavabında bildirib ki, Qərb ölkələri Ukraynadakı münaqişədə Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışır. “Rusiya üçün bu, onun dövlətçiliyinin, min illik tarixinin sonu deməkdir. Düşünürəm ki, bu, hamıya aydındır”, – deyən Putinə görə, Qərb Rusiyanı məğlub etmək planları ilə əlaqədar nüvə silahından istifadə riskini artırıblar.

“Niyə qorxmalıyıq? Axıra qədər getmək daha yaxşı deyilmi?” – dövlət başçısı əlavə etdi.

Rusiya dövlət başçısına ünvanlanmış bəzi suallara cavabını Musavat.com oxucularına təqdim edirik.

-Rusiya ilə KXDR arasında hərbi-texniki və müdafiə sahələrində əməkdaşlığı da nəzərdə tutan strateji tərəfdaşlıq sazişi bağlanıb. Müdafiə sahəsində sonuncu bənd üçüncü tərəfin hücumu zamanı bu müqavilənin iştirakçısı olan dövlətlərin qarşılıqlı yardımını nəzərdə tutur. Birincisi, müqavilənin bu hissəsi hansı hallarda nəzərdə tutulub? İkincisi, bu Ukraynadakı vəziyyətə də aiddirmi? Xüsisi Hərbi Əməliyyata KXDR-dən könüllülərin və əsgərlərin cəlb edilməsi mümkündürmü?

Vladimir Putin:

-Mən sizin diqqətinizi buna cəlb etmək istəyirəm: axı, bu razılaşma yeni deyil. Əlbəttə, müasir şəraitdə bu, xüsusilə kəskin görünür, lakin buna baxmayaraq, biz demək olar ki, 1960 və 1962-ci il müqaviləsinə heç nəyi dəyişməmişik və Koreya Xalq Demokratik Respublikasının digər ölkələrlə də oxşar müqavilələri var. Bundan əlavə, qarşılıqlı hərbi yardımın göstərilməsinin səbəbləri ilə bağlı orada da yazılır: təcavüz olduqda, hərbi təcavüz…İndi gəlin, bu münaqişədə bir-birimizin imkanlarından necə istifadə etmək barədə danışaq. Biz bunu(hərbi dəstəyi nəzərdə tutur-red) heç kimdən tələb etmirik, heç kim bizə bunu təklif etməyib, ehtiyac da yoxdur. Şimali Koreyaya qarşı sanksiyalara gəlincə, yumşaq desək, tətbiq edilən sanksiyaların bəziləri çox qəribə görünür.

Bildiyiniz kimi, mən leninqradlıyam. İkinci Dünya müharibəsi illərində Leninqradın nələr yaşadığını hamı yaxşı bilir. Bu, insanların aclıqdan öldüyü blokada idi. Bildiyiniz kimi, qardaşım blokada zamanı aclıqdan xəstələnib və ölüb. İndi Şimali Koreya ilə nə baş verir? Ordakı rejimə hər hansı münasibət bəsləyə bilərsiniz, amma, deyək ki, əmək miqrasiyası ilə bağlı məhdudiyyətlərin tətbiqi qəribə görünür. Bu nəyə gətirib çıxarır? Ailələrin maddi vəziyyəti çox ağır olsa da, hardansa pul qazanıb övladlarını doyurmaq imkanı olmur. Bu sizə nəyisə xatırladırmı? Bu humanist yanaşmadırmı? Pxenyanda çıxış edərkən dedim ki, biz hamımız birlikdə bu sanksiya rejimində necə və nəyi dəyişdirmək lazım olduğunu düşünməliyik.

– Qərb dövlətlərinin Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması üçün təklif etdiyiniz şərtlərin rədd edilməsini necə şərh edərdiniz? 

Vladimir Putin:

-Mən birinci mərhələdə məhz belə reaksiya olacağını gözləyirdim. Amma sonra nə olacaq, bunu zaman göstərəcək. Hər şey Yer üzündə vəziyyətin necə dəyişməsindən asılı olacaq. Düşünürəm ki, bəzi ağıllı siyasətçilər verdiyim təkliflərin real, obyektiv və bütün tərəflərin maraqlarına uyğun olub-olmaması barədə hələ düşünəcəklər. Verdiyimiz təkliflərə daima belə münasibət olacağına əmin deyiləm. Bəli, bəlkə bu, ultimatumdur, hə, həddən artıq sərt tələblərdir. Tərəfdaşlarımızın irəli sürdükləri ultimatum deyilmi? Mən bunu artıq yüz dəfə demişəm, İstanbulda əldə olunan razılaşmalar, prinsipcə, Ukrayna tərəfi üçün məqbul idi. Ona görə də düşünmürəm ki, bizim təkliflərimizlə bağlı belə nihilizm həmişəlik qalsın. Şübhəsiz ki, yer üzündəki vəziyyətdən asılı olaraq bir şey dəyişəcək, o cümlədən bizim şərtlərimiz.

-Bu şərtlər nə vaxta qədər qüvvədə qalacaq?

Vladimir Putin:

-Bizim tərəfimizdən bu təkliflər masadadır. Artıq bu danışıqlarda maraqlı olan bütün subyektlərin bu danışıqlara nə vaxt başlayacağı bizdən asılı deyil. Amma bir daha deyirəm, hər şey real həyatda baş verənlərdən asılı olacaq.

-Siz bu yaxınlarda nüvə doktrinamıza dəyişikliklərin mümkünlüyünü dediniz. Başa düşmək istərdim ki, bu hansı şəraitdə mümkündür, bunun baş verməsi üçün hansı şərtlər olmalıdır? Etiraf edirsiniz ki, bizim nüvə doktrinamızda qabaqlayıcı nüvə zərbəsinin mümkünlüyü haqqında bənd olacaq?

Vladimir Putin:

-Mən dedim ki, biz hələ nüvə doktrinasında və strategiyasında nəyi və necə dəyişdirilə biləcəyini düşünürük. Bizə hələlik qabaqlayıcı nüvə zərbəsi lazım deyil, çünki cavab zərbəsi zamanı düşmənin məhv edilməsinə zəmanət var.

-Qərbin uzaqmənzilli silahlarından istifadəni təcavüz aktı hesab etmək olarmı? Belqorodun və ümumilikdə Rusiya ərazisinin raket atəşinə tutulmasını təcavüz aktı hesab etmək olarmı?

Vladimir Putin:

-Bu, əlavə araşdırma tələb edir, biz bunu təhlil edirik. Bu silahları tədarük edənlər hesab edirlər ki, onlar bizimlə müharibə aparmırlar. Mən Pxenyan da daxil olmaqla dedim ki, o zaman biz dünyanın digər regionlarına silah tədarük etmək hüququnu özümüzdə saxlayırıq.

Koreya Xalq Demokratik Respublikası ilə müqavilələrimizi nəzərə alaraq, bunu istisna etmirəm. Qərb Ukraynaya silah verir və deyir: “Biz artıq burada heç nəyə nəzarət etmirik .“ Yaxşı, biz də deyə bilərik: “Kiməsə nəyisə çatdırdıq – sonra heç nəyə nəzarətimiz yoxdur”. Bu mövzu haqqında düşünsünlər.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button