Putinin bir çıxışı ilə hər şeyi dəyişdi

2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə dönüş nöqtəsi oldu.

Bu sözləri italiyalı politoloq Tiberio Qratsiani deyib.

“2000-ci illərin əvvəlləri əksər analitiklərin “birqütblü an” adlandırdığı, ABŞ-ın “demokratiya ixracı” və bazarların qloballaşması vasitəsilə bütün dünyada hər şey üzərində hegemonluq etməyə çalışdığı bir dövrdür”, – deyə analitik bildirib.

O əlavə edib ki, Moskvanın əməkdaşlığı gücləndirmək istəyini ifadə etməsinə baxmayaraq, konfransdan sonra Qərb Rusiya ilə əlaqələrin inkişafını əngəlləməyə başlayıb. Üstəlik, Birləşmiş Ştatlar özünü iqtisadi sahədə Avropa ölkələrinə, hərbi-siyasi aspektdə isə NATO üzvlərinə təzyiq göstərən qüvvə kimi göstərib.

Qeyd edək ki, 2007-ci ildə Münhen konfransında iştirak edən Rusiya lideri Vladimir Putin ABŞ-ın təkqütblü siyasət apardığını iddia edərək, bunu kəskin tənqid etmişdi. Rusiyanın bütün xarici siyasəti bu çıxışdan sonra dəyişmişdi.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button