Putinin rəqibi Navalnının çayına zəhər tökdülər, xəstəxanaya yerləşdirildi – Huşsuzdur

Rusiyalı siyasətçi, müxalifət lideri Aleksey Navalnı bu gün təcili olaraq Omsk şəhərində zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Twitter”də onun mətbuat katibi Kira Yarmış məlumat verib.

“Bu səhər Navalnı Tomskdan Moskvaya qayıdıb. Uçuş zamanı özünü pis hiss edib. Təyyarə təcili olaraq Omsk şəhərinə enib. Alekseyə zəhərlənmə diaqnozu qoyulub. İndi təcili yardımla xəstəxanaya gedirik” deyib.

“Bir il əvvəl Aleksey təcridxanada olarkən zəhərlənmişdi. Görünür, indi də onunla eyni işi görüblər. Güman edirik ki, Aleksey çaya qarışıq bir şeylə zəhərlənib. Səhər içdiyi yeganə şey idi. Həkimlər, toksinin isti maye vasitəsilə udulduğunu söyləyirlər. İndi Aleksey huşsuz vəziyyətdə qalıb” deyə Yarmış əlavə edib.

Daha sonra Navalnının reanimasiyada olduğunu bildirib.

Aleksey Navalnı özünü Vladimir Putinin başçılıq etdiyi Rusiya rəhbərliyinin əsas rəqibi kimi göstərir.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button