Qəzzaya humanitar yardımın göstərilməsi üzrə beynəlxalq konfrans keçiriləcək
![](/wp-content/uploads/2024/06/35a0dc26-382c-3ab6-9580-30dd826ed927_850-780x470.jpg)
ABŞ dövlət katibi Antoni Blinken regional səfəri çərçivəsində İordaniyaya səfər edəcək və Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsi üzrə yüksək səviyyəli beynəlxalq konfransa qatılacaq.
Polise.az TASS-a istinadən xəbər verir ki, tədbir Ölü dəniz sahilindəki Es-Suveymada keçiriləcək.
A.Blinkeni bu gün İordaniya Kralı II Abdullah qəbul edəcək. Qeyd edək ki, bu konfrans II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə keçiriləcək.
Polise.az