Qərb ölkələri sülh əldə olunana qədər Kiyevi silahla təmin edəcək

Qərb ölkələri Ukraynadakı münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləyir, lakin sülh əldə olunana qədər Kiyevə silah tədarükünü davam etdirəcək.

Polise.az  xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

“ABŞ HIMARS MLRS üçün döyüş sursatı, PUA əleyhinə avadanlıq və artilleriya mərmilərinin daxil olduğu 35-ci silah və hərbi texnika paketinin ayrıldığını elan etdi. Bu tədarüklər Ukraynaya mülki infrastrukturu raket və PUA hücumlarından qorumağa imkan verəcək. ABŞ və Ukraynanın müttəfiqləri bu ölkədə sülhün əldə olunmasına kömək edəcək mühüm diplomatik səyləri dəstəkləyir”, -deyə Dövlət katibi qeyd edib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button