Qanunsuz balıq ovu aşkarlanıb

Şirvanda qanunsuz balıq ovu hallarının qarşısının alınması istiqamətində
qabaqlayıcı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a
verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Şirvan
kanalının şəhər ərazisindən keçən hissəsində aparılan profilaktik-nəzarət tədbirləri
zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan N.Abbasəliyev saxlanılıb.
Həmin şəxsdən kustar üsulla hazırlanmış qanunsuz ov qurğuları, eləcə də
ovlanmış balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı ŞPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar davam etdirilir.