Qubada “Diqqət, uşaqlar” adlı hərəkətin təhlükəsizliyi tədbiri keçirilib

Uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil
məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər
Nazirliyinin müvafiq göstərişinə əsasən respublika ərazisində “Diqqət, uşaqlar” adı altında hərəkətin
təhlükəsizliyi tədbirləri keçirilir.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Polise.az-a bildirilib ki, bu istiqamətdə Quba Rayon Polis
Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində olan bir neçə
məktəbdə hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis kapitanı Nail
Əliyev bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti
təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının
qarşısını almaqdır. O, şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin
əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verib. Şagirdlərə
hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarını deyən N.Əliyev
yol ayrıclarında piyada keçidlərindən istifadə etmələrini bildirib.
Tədbirin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah
olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button