Qanunsuz ov edən beş nəfər saxlanılıb.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və
mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması
məqsədilə keçirilən tədbirlər zamanı rayonun Meyniman kəndi ərazisində müvafiq
icazə olmadan qanunsuz ov edən beş nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, araşdırmalarla onların Abşeron rayon sakinləri O.Nağıyev və T.Nağıyev,
Bakı şəhər sakinləri O.Mirzəyev və A.Əsədov, Tovuz rayon sakini İ.Nağıyev
olduqları müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 23 ədəd
patron və qanunsuz olaraq ovlanmış 3 ədəd çöl ördəyi aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.