Qanunun tələblərinin icrası diqqət mərkəzindədir
Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin
məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası
diqqət mərkəzində saxlanılır.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis
orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə
verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar,
eləcə də əhali arasında geniş izahat işləri aparılır.
Ümumilikdə, 2022-ci ilin ötən dövründə respublikanın şəhər, rayon polis
orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından
istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün
çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835,
tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs
barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci
maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Tətbiq edilmiş cərimələr
383.300 manat təşkil edib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.