“Qarabağ” kolleksiyası ilə Stokholm Beynəlxalq Moda Sərgisində təmsil olunacaq

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Qarabağ” adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunacaq.

Polisə.az xəbər verir ki, martın 12-də Grand Hotel Stockholmda keçiriləcək kolleksiyanın nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil olunacaq. Bu, dizaynerin İsveçdəki kolleksiyalarının üçüncü nümayişidir. Stockholm International Fashion Fairdə dünyanın 45 ölkəsinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları bir çox digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button