Qarabağda antiterror əməliyyatları tezləşə bilər – “Azərbaycan uzağı 100 günə…”

İrəvana Bakının açdığı fürsət qapısı, verdiyi son mesaj; “Ermənistan açılan qapıdan keçməlidir, əks halda…”

Xəbər verildiyi kimi, martın 15-dən-18-dək Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlərə 10 min nəfərədək şəxsi heyətin, 100-dək tank və digər zirehli texnikanın, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun, reaktiv yaylım atəş sistemi və minaatanların, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunması gözlənilir.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və təzədən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək. Təlimlərdə həmçinin qoşunlar terrorçu dəstələr (qruplar), qanunsuz silahlı qruplaşmalarla mübarizə və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

*****

Vurğulayaq ki, bu, 44 günlük qalibiyyətli hərbi zəfərimizdən sonra ordumuzun ilk genişmiqyaslı təlimləri olacaq. Məlumatdan göründüyü kimi, Azərbaycan Ordusu özünün döyüş qabiliyyətini savaşda qazanılmış təcrübə də nəzərə alınmaqla, daha da gücləndirmək və mükəmməlləşdirmək əzmindədir. Yəni “Dəmir yumruq” bir az da zəhmli, işlək vəziyyətə gətiriləcək. Bu isə şəkk- şübhəsiz, ən əvvəl Ermənistandakı qaynar başlara – “itirilmiş əraziləri” qaytarmaq üçün yeni müharibə xəyalları quran avantürist qüvvələrə çox ciddi mesajdır.

Təxribatlar davam edəcəksə, Azərbaycan Xankəndində antiterror əməliyyatları aparacaq” | KONKRET

Xəbərdə təlimlərin bir hissəsinin dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcəyi xüsusi diqqət çəkir. Siyasi müşahidəçilər bu mənada poliqon qismində həm də işğaldan azad edilmiş ərazilərimizin seçilməsini təsadüfi saymırlar. Məqsəd – qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirmək, o sırada antiterror əməliyyatları aparmağa hesablanmış döyüş tapşırıqlarını yerinə yetirmək üçün maksimum təcrübə qazanmaqdır.

*****

Əslində işğalçı ordunun qalıqları əsasında Azərbaycan ərazisində özlərinə yeni “ordu” qurmaq kimi xam xəyallar quranlar da anlayırlar ki, Azərbaycan buna heç vaxt imkan verməyəcək. Qardaş Türkiyənin iştirakı ilə aparılan monitorinq isə bu yöndə hər hansı qanunsuz cəhdləri və ya hərəkətlənməni dərhal qeydə alacaq. Çünki onu da bilirlər ki, artıq Azərbaycan regionda yeni reallıq yaradıb və bu reallığa gec-tez Rusiya sülhməramlıların məsuliyyət zonasında müvəqqəti sığınacaq tapmış qanunsuz dəstələr də uyğunlaşmalı olacaqlar: ya könüllü şəkildə tərk-silah olunmaqla bu baş verəcək, ya da silahlı, xüsusi təyinatlı qüvvələrimiz tərəfindən onlar məhv ediləcəklər.

Ukraynadan Qarabağda MÜHARİBƏ ANONSU: Azərbaycan bu tarixdə əməliyyatlara başlayacaq

Sözsüz ki, Bakıya bu haqqı beynəlxalq hüquq, ərazi bütövlüyü və suverenliyin toxunulmazlığı ilə yanaşı, 10 noyabr kapitulyasiya aktının 4-cü bəndi verir (“Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”). Ehtimal eləmək olar ki, havaların isinməsi ilə, təxminən yaz aylarında bu məsələ bütün ciddiliyi ilə gündəmə gələcək.

Odur ki, ordumuzun gələn həftə başlayacaq təlimləri məxsusi məna kəsb edir və separatçı tör-töküntülərə son dəfə özlərini yığışdırmaq üçün ciddi xəbərdarlıqdır. Bu da açıq-aydındır ki, həmin silahlı tör-töküntülər ərazimizdə öz mövcudluğunu saxladıqca nə Azərbaycanla Ermənistan arasında, nə də bütövlükdə bölgədə qalıcı sülhü təmin eləmək mümkün olmayacaq…

*****         

Bu arada öz qonşuları ilə hələ də anlaşmağa tələsməyən Ermənistanda qəliz daxili vəziyyət, hakimiyyət uğrunda didişmə davam edir. Siyasi-iqtisadi böhran məngənəsində olan məğlub ölkə labüd olaraq uçuruma doğru getməkdə, olan-qalan simvolik dövlətçiliyini də itirmək üzrədir.

Nazaryan: Azərbaycan Ordusuna 100 gün lazımdır ki… - VİDEO | KONKRET

“Ermənistan tədricən ikinci Suriyaya dönəcək və orada yeni qarşıdurmalar baş verəcək”.

Bunu Ermənistan Respublika Partiyasının üzvü Levon Nazaryan bildirib (Axar.az).

“Yaxın zamanlarda Ermənistan Suriyaya bənzəyəcək və orada daş-daş üstündə qalmayacaq. Bu müharibə üçün yeni bir ”X zonası” olacaq. Üstəlik, Qərb də Güney Qafqazda öz maraqlarını Ermənistanın dağıdılması bahasına irəlilədir. İrəvanda hakimiyyətin Rusiyanın nəzarətinə verilməsi məsələsinə baxıldığı haqqında dəqiq məlumat var. Guya yalnız bu halda Kreml “artsax”la etdiyi kimi, bu ölkənin də tamamilə yoxa çıxmasına imkan verməyəcək. Hamıya aydındır ki, sabah Azərbaycan Ordusu bütün Ermənistanı da öz nəzarətinə götürə bilər. Bu dəfə Bakıya 44 gün deyil, məsələn, 100 gün lazım olacaq”, – deyə erməni siyasətçi təlaşlı şəkildə bildirib.

Onun qənatincə, faktiki olaraq Ermənistanın və erməni xalqının gələcəyi təhlükə altındadır. “Bu, Ermənistanın hazırkı vəziyyətinə verilən ən ayıq və real qiymətdir. Bu gün Ermənistanın suveren hakimiyyəti, təhlükəsizliyi, müttəfiqləri, inkişaf zəmanəti yoxdur. Ermənistan növbəti fəlakətə doğru gedir”, – Nazaryan qeyd edib.

“ABŞ Ermənistandakı siyasi böhranın aradan qalxmasını və ölkənin normal vəziyyətə qayıtmağını görmək niyyətindədir”.

Bunu isə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Teleqraf.com-a deyib.

“Vaşinqton eyni zamanda Ermənistanda demokratiyanın güclənməsini və II Qarabağ müharibəsində Azərbaycan tərəfindən qəti şəkildə məğlub edildikdən sonra yaranan psixoloji böhrandan qurtularaq, bu fürsətdən istifadə edib regional iqtisadiyyata təzədən inteqrasiya olunmasını istəyər. Bu, Prezident İlham Əliyevin açdığı bir qapıdır və Ermənistan bu qapıdan keçməlidir” – Brayza vurğulayıb.

*****

Bakının İrəvana açdığı qapı, verdiyi kritik mesaj. Əfsus ki, Ermənistan dövlət və cəmiyyət olaraq, bu tarixi şansı dəyərləndirməyə tələsmir. Fürsət qapısı isə sonsuzadək açıq saxlanmayacaq…

Hamısını Göstər

Related Articles

Back to top button